10 November 2025

İşğalçı İsrail qüvvələri Qərb Şəriyəsinin bir neçə ərazisinə basqın edib

Noyabrın 8-də işğalçı qüvvələri Qərb Şəriyəsinin müxtəlif ərazilərinə basqın edib, yəhudi məskunlar isə Ramallahda bir fələstinli evi yandırıblar.

Yerli mənbələr İsrailin Ramallahın şimalındakı Kuber şəhərinə basqın etdiyini, iki kişini, bir ata və oğulu saxladığını və bir müddət sonra hər ikisini yaxınlıqdakı bir şəhərdə azad etdiyini bildirib.

Şahzadə Məhəmmədin “Yeni Məkkə” layihəsi mübahisələrə səbəb oldu

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın elan etdiyi Böyük Məscidin (Kəbənin) yanında tikiləcək nəhəng Kral Salman Qapısı Layihəsi sosial mediada qızğın müzakirələrə səbəb olub.

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Məkkədəki Böyük Məscidin yanında nəhəng bir inkişaf layihəsinə başlayıb. "Kral Salman Qapısı" adlandırılan layihə, Hacc və Ümrə dövrlərində yüksək tələbatı ödəmək üçün təxminən 900.000 insanın qapalı və açıq havada namaz qılmaq üçün yer təmin etməyi hədəfləyir.

Almaniyada İsrailə silah satışına etiraz: Fəallar özlərini relslərə bağladılar

Hamburqda simvolik etiraz aksiyası

Almaniyanın Hamburq şəhərində onlarla fəal İsrailə silah satışına qarşı etiraz aksiyası keçirib. Etirazçılar Port of Hamburg limanında yerləşən dəmir yolu xətlərinə özlərini zəncirləyərək, hökumətin İsrailə silah ixracına son qoymasını tələb ediblər.

 

Qəzzada humanitar böhran

Mixeil Saakaşvilidən gündəmə oturacaq Qaribaşvili, Liluaşvili iddiası

"Mənim fikrimcə, İvanişvili Qaribaşvilini və Liluaşvilini tutmayacaq, bir neçə səbəbdən".

Bunu Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, onlara bədbəxt hadisə baş verə bilər və ya hansısa “gözlənilməz xəstəlik” tutar, amma həbs gözləmirlər.

"İşçi Masası”: Afiəddin Məmmədovun telefon danışığına qadağa qoyulub

Həbsdə olan işçi hüquqları fəalı Afiəddin Məmmədovun saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində telefonla danışmaq hüququna qadağa qoyulduğu deyilir. 

Bu barədə A.Məmmədovun sədri olduğu "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasından "Toplum TV"-yə bildirilib.

İsrailin hücumları zamanı 14 əsrlik Qəzza Ulu Məscidi dağıdılıb

 İsrail ordusunun Qəzzaya hava hücumları nəticəsində şəhərin ən qədim dini abidələrindən biri olan Qəzza Ulu Məscidi tamamilə dağıdılıb.

Tarixi mənbələrə görə, 14 əsrlik tarixi olan Qəzza Ulu Məscidi həm Məmlük, həm də Osmanlı dövrlərinin memarlıq xüsusiyyətlərini özündə birləşdirirdi. Məscid, Fələstin ərazisində sahəsinə görə üçüncü ən böyük ibadət məkanı sayılırdı.

Gənc ananın xərçənglə mübarizədəki mənəvi yol yoldaşı

Qüds şəhərinin yaxınlığında yerləşən Beyt-Dəkku şəhərindən olan Şəruq Mərar xərçəng xəstəliyi ilə apardığı mübarizəsi ilə eyni anda Qurani-Kərimi əzbərləmə hekayəsini danışıb.

Fələstinli xanım deyib xərçəng onu daxilən yesə də, o, əzm göstərərək Quranı tam şəkildə əzbərləməyi bacararaq hafizi-Quran olub.