09 November 2025

İki cüdoçumuz İslam Oyunlarının finalında

Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Zelim Kotsoyev (100 kiloqram) və Südabə Ağayeva (70 kiloqram) həlledici görüşə vəsiqə qazanıblar.

Aytac Qardaşxanlı (70 kiloqram), Günel Həsənli (78 kiloqram), Elcan Hacıyev (90 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Təl-Əviv və Naharidə Netanyahu hökumətinə qarşı kütləvi etirazlar

İsrail şəhərlərində hökumət əleyhinə etirazlar

İsrailin Təl-Əviv və Naharidə şəhərlərində bu gün minlərlə insan Baş nazir Benyamin Netanyahu hökumətinə qarşı etiraz aksiyalarına çıxıb. Etirazçılar 2023-cü il 7 oktyabr hadisələrində baş verən təhlükəsizlik uğursuzluqlarına görə hökumətin məsuliyyət daşıdığını bildiriblər.

 

Etirazların davamı gözlənilir

Britaniyada islamofobiya artır: 25 məscidə hücum edilib

Britaniyada son 3 ay ərzində islamofobiyanın artımı müşahidə edilməkdədir.

Belə ki, avqust, sentyabr və oktyabr aylarında 25 məscidə 27 dəfə hücum edilib.

İslamofob hücumlar zamanı bayraqlar asılıb, dini və qeyri simvolikalardan istifadə edilib, vandalizm aktları törədilib, təhqiramiz sözlər yazılıb, maddi ziyan vurulub, yanğın cəhdi baş verib və digər hallar qeydə alınıb.

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.

İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Messi 400 məhsuldar ötürmə verən ilk futbolçu oldu

ABŞ-nin "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi futbol tarixində 400 məhsuldar ötürmə verən ilk oyunçu olub.

Messi bu göstəriciyə MLS çempionatında pley-off mərhələsinin 1/8 finalının üçüncü oyununda "Neşvill"ə qarşı keçirdiyi ev oyununda imza atıb.

Matç ev sahiblərinin xeyrinə başa çatıb - 4:0. Messi bir məhsuldar ötürmədən əlavə iki qol da vurub.

Azərbaycanlı və türk nümayəndələr Ermənistanda keçirilən forumda iştirak edib

Bu həftə Ermənistanda dövlətin təşkil etdiyi “Orbeli Forumu” çərçivəsində Azərbaycan və Türkiyədən olan iştirakçılar, eləcə də 15 müxtəlif ölkədən nümayəndələr Yerevanda bir araya gəliblər.

“Oc Media”nın məlumatına görə, forum avqust ayında Vaşinqtonda sülh sazişinin ilkin razılaşdırılmasından sonra, Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin Ermənistana ikinci səfəri hesab olunur.

Sankt-Peterburq Əhli-beyt Hüseyniyyəsində bu həftə də cümə namazı qılınıb

Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Əhli-beyt Hüseyniyyəsində hər həftə davam edən  cümə namazı bu həftə də möminlərin iştirakı ilə qılınıb.

Cümə namazına Hacı Rüfət Məmmədov imamətlik edib. O, xütbələrində Həzrəti Zəhranın (s.ə) gözəl bir nümunə olmasından söhbət açıb. Xanımın qısa həyat hekayəsində zalımlara qarşı mübarizə aparmaq və vilayəti müdafiə etmək xatibin çıxışının əsas mövzusu olub.