05 February 2023

Ukrayna limanında göyərtəsində 860 ton buğda olan barja batıb

Ukraynanın Reni limanında (Odessa vilayəti) göyərtəsində 860 ton buğda olan Rumıniyaya məxsus barja batıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə Rumıniyanın “ProTV” telekanalı məlumat yayıb.

Gəmi sahibinin sözlərinə görə, yükləmə zamanı maşın otağına su dolmağa başlayıb. Beş rumıniyalı dənizçi xilas olub. Hadisənin səbəbləri hələlik məlum deyil.

KİV: “Səudiyyə Ərəbistanı səfirliyinin əməkdaşları Əfqanıstanı tərk ediblər”

Səudiyyə Ərəbistanı səfirliyinin əməkdaşları Əfqanıstanı tərk edərək krallığın ərazisinə qayıdıblar.

Operativtv.con Reporta istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın “Həşt-e Sübh” qəzeti adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, fevralın 1-də Əfqanıstanın “Kam Air” aviaşirkəti Kabildən Ər-Riyada reys həyata keçirib, göyərtədə Səudiyyə Ərəbistanı diplomatik departamentinin nümayəndələri olub.

Azərbaycan cüdoçusu gümüş medal qazandı

Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə 90 kq çəki dərəcəsində yarışan Murad Fətiyev gümüş medal qazanıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Azərbaycan cüdoçusu turnirin finalında niderlandlı idmançı Noel Van Endə məğlub olub.

Murad Fətiyev həlledici görüşə qədər ardıcıl olaraq Aydar Arapov (Qazaxıstan), Pol Kibikai (Qabon), Loris Tassyer (Fransa), Tiqo Renes (Niderland) və Luka Maysuradzeni (Gürcüstan) üstələyib.

Enerjidə qalıq yanacaqlardan asılılıq: AB-də yüzdə 70, Türkiyədə yüzdə 84

Avropada bərpa olunan enerjidən istifadənin artmasına baxmayaraq, qalıq yanacaqlardan asılılıq hələ də 70 faiz ətrafındadır. Neft, təbii qaz və kömür əsas qalıq yanacaqlardır. 2021-ci ildə AB enerjisinin yüzdə 70-ni qalıq yanacaqlardan qarşılayarkən, Türkiyədə bu nisbət yüzdə 84-dür. Son 30 ildə AB-də bu nisbət yüzdə 83-dən yüzdə 70-ə düşərkən, Türkiyədə bu 2 faiz bəndi artmışdır. Türkiyə son 30 ildə enerjidə qalıq yanacaqların payının artdığı Avropada yeganə ölkədir.

İranda baş verən son hadisələr, həbslərlə bağlı Ayətullah Xameneidən mühüm qərar

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Ayətullah Xamenei İranda son hadisələrdə həbs olunanlar üçün ümumi amnistiya elan edib.

İran Ədliyyə sədrinin Ayətullah Xameneiyə tövsiyəsindən sonra Ümumi və İnqilab Məhkəmələri, eyni halda Məhkəmələr tərəfindən mühakimə olunanların, o cümlədən son hadisələrlə bağlı təqsirləndirilən və mühakimə olunanların əhəmiyyətli bir hissəsinin əfv olunması və ya cəzalarının azaldılması təklifini İslam İnqilabının Rəhbəri qəbul edib.

ABŞ Çinin "casus şarını" döyüş təyyarəsi ilə vurdu; Pekinin buna reaksiyası yuvanmadı

ABŞ hava məkanında Çinə məxsus “casus şarı” ABŞ ordusu tərəfindən vurulub. Pekin ABŞ-ın kəşfiyyat məqsədləri üçün olduğundan şübhələndiyi şarı vurmasına etiraz etdi. Məlumatı Operativtv.com Euronews-a istinadən verir. ABŞ dövlət katibi Antoni Blinkenin Çinin paytaxtı Pekinə səfərini təxirə salmasına səbəb olan ABŞ səmasında Çinin "casus şarı" Amerikanın ərazi sularında Atlantik okeanı üzərindən keçərkən ABŞ ordusuna məxsus reaktiv təyyarələr tərəfindən vurulub.