04 February 2023

Kanada parlamenti 10 min uyğurun ölkəyə gətirilməsi təklifini qəbul edib

Operativtv.com Euronews-a istinadən xəbər verir ki, Kanada Parlamenti Çindən başqa ölkələrə qaçan, lakin geri qayıtması üçün təzyiq edilən 10 min uyğur vətəndaşının qəbul edilməsi təklifini yekdilliklə qəbul edib. Kanadalı deputat Sameer Zuberinin təqdim etdiyi təklif çərşənbə günü səsə qoyulub. Bütün deputatlar təklifin lehinə səs veriblər.

Kamal Kılıçdaroğlunun “Altılıq Masa”da böhranı

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Türkiyədə seçki tarixinin mayın 14-ü elan edilməsi ilə gözlər Altılıq Masanın prezidentliyə namizədinə dikildi. Əkrəm İmamoğlu, Kamal Kılıçdaroğlu və Mənsur Yavaşın adları ictimaiyyətdə gündəmə gəlsə də, 6 partiyalı masanın hələ də namizədini açıqlamaması müzakirələrə səbəb olub. Altılıq Masada prezidentliyə namizədin fevralın 13-də açıqlanması gözlənildiyi halda, CHP lideri Kamal Kılıçdaroğlunun prezidentliyə mümkün namizədliyinə Cihan Paçacıdan sonra İYİ Partiyadan daha bir etiraz gəldi.

Dünən Məscidül-Əqsada minlərlə fələstinlinin iştirakı ilə cümə namazı qılınıb

Sionist rejimin bütün zülm siyasətlərinə və qətllərinə baxmayaraq, minlərlə fələstinli bu həftə cümə namazı üçün Məscidül-Əqsaya axışıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İşğal altındakı Qüdsdəki Əl-Əqsa məscidində cümə namazı Şeyx İkrimə Səbrinin rəhbərliyi ilə minlərlə fələstinlinin iştirakı ilə qılınıb.

2023-cü ildə Azərbaycan Türkiyəyə qaz nəqlini 19 faiz artıracaq

Operativtv.com Turana istinadən xəbər verir ki,  2023-cü ildə Azərbaycandan Türkiyəyə qaz tədarükü 10 milyard kubmetr olacaq, 2022-ci ildə  bu rəqəm  8,4 milyard kubmetr olub. Bu barədə fevralın 3-də Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Məlumatlı mənbə Turan-a bildirib ki, nəzərdə tutulan həcmdən 3,5-4 milyard kubmetr Bakı-Tbilisi-Ərzurum qaz kəməri və 6,0-6,5 milyard kubmetr TANAP ilə nəql ediləcək.

Bakıda İmam Əlinin (ə) mövlud günündə uşaqlar evi ziyarət edildi

“İffət” qadınlar birliyi Həzrəti Əlinin (ə) mövlud günündə uşaqlar evini ziyarət edib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, uşaqlara hədiyyələr verilib, onlar üçün ehsan süfrəsi açılıb.

Ziyarətdə Əhli-Beyt (ə) məddahı Aydın Rza da iştirak edib.

Tədbir əsnasında ilahilər səsləndirilib və uşaqlar əyləncəli anlar yaşayıb.

Papa Fransisk Cənubi Sudana səfər edib

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, katoliklərin ruhani lideri Papa Fransisk sülhü dəstəkləmək üçün Cənubi Sudana səfər edib.

Papa Fransisk Cuba hava limanında Cənubi Sudan Prezidenti Salva Kiir Mayardit başda olmaqla dövlət rəsmiləri  tərəfindən qarşılanıb.

Papa Fransisk paytaxt Cubada ölkənin diplomatik və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

Ədəndə silahlı qarşıdurma

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, bu səhər Ədənin Əl-Muala bölgəsində silahlı qarşıdurma baş verib. Bu atışmalarla bölgədə və işğal olunmuş cənub şəhərlərində gərginlik artıb. Bəzi mənbələr açıqlamalar verərək: “Düşmən silahlı qruplaşmaları arasında fikir ayrılığı və bu qruplaşmalar qüvvələrinin atəş açması nəticəsində bu gün səhər saatlarında əl-Muala bölgəsində silahlı toqquşmalar baş verib.

144 milyon manatlıq yeyinti aşkarlanan nazirlikdə yenidən yoxlama keçirilir

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində yoxlamalar başlayıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən yenidən yoxlamalar keçirilir.

Nazirlikdə ötən il dekabr ayının 14-də başlayan yoxlamalara bir müddət öncə ara verilmişdi.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən yoxlamaların keçirildiyini təsdiq ediblər.

Aİ Fələstinə 199 milyon avroluq yardım paketi ayırıb

Avropa İttifaqı (Aİ) Fələstinə 199 milyon avroluq maliyyə yardımı ayırdığını açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Aİ-nin Fələstin ofisindən yayılan açıqlamada, Fələstinə yardım paketi ilə əlaqəli işğal altındakı İordan Çayının qərb sahilində yerləşən Ramallah şəhərində mərasim təşkil edildiyi bildirilib. Aİ-nin Fələstin xalqına etdiyi yardımlara toxunulan açıqlamada bildirilib ki, ötən il Fələstinə cəmi 296 milyon avro yardım ayrılıb.

ABŞ Xarici İşlər Nazirliyindən “Çirkli əllərinizi çəkin” deyən Süleyman Soyluya cavab

ABŞ Dövlət Departamenti rəsmiləri daxili işlər naziri Süleyman Soylunun Amerika səfiri Ceff Fleykə verdiyi cavabla bağlı açıqlama verib. Bəyanatda deyilir: “ABŞ hökumətinin Türkiyədə sabitliyi pozmaq cəhdlərinə şərik olması və ya dəstək verməsi ilə bağlı hər hansı eyham yalandır.” Türkiyənin ABŞ-ın uzunmüddətli və dəyərli NATO müttəfiqi və təhlükəsizlik tərəfdaşı olduğu bildirilərək, xaricdə yaşayan ABŞ vətəndaşlarının təhlükəsizliyinin prioritet olduğu bildirilib.

Blinken ABŞ hava məkanında hava şarının aşkarlanmasından sonra Çinə səfərini təxirə salıb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Antoni Blinken cümə günü Amerika hava məkanında uçan Çinə məxsus casus hava şarının aşkarlanmasından sonra Pekinə səfərini təxirə salıb.

ABŞ rəsmiləri müxbirlərə bildirib ki, Blinken danışıqlarda diqqətin əsasən insidentə verilməsini istəməyib. Planlaşdırılan səfər Blinkenin dövlət katibi kimi Çinə ilk səfəri olacaqdı.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı: Mən Azərbaycan hakimiyyətini Bəxtiyar Hacıyevi azad etməyə çağırıram

"Azərbaycanda tanınmış vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin həbsi və hələ də həbsdə saxlanılması hökumətin ölkədə müstəqil vətəndaş fəallığına qarşı dözümsüzlüyünün növbəti nümunəsidir".