02 February 2023

Ata Abdullayevin məhkəmə hökmü qüvvədə saxlanıldı

Ali Məhkəmə bloqer Ata Abdullayev barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb. Hakim İlqar Qılıcovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub. Qərara görə hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan Ata Abdullayev C.M-nin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi də hökmü dəyişdirmədən qüvvədə saxlamışdı.

Fransa da İstanbuldakı konsulluğunu bağladı

Fransanın İstanbuldakı Baş Konsulluğu bu şəhərdəki fəaliyyətini müvəqqəti dayandırıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə konsulluq məlumat yayıb. 

Bu, artıq İstanbulda fəaliyyətini dayandıran beşinci konsulluqdur. Bundan əvvəl İsveç, Hollandiya, Böyük Britaniya və Almaniyanın İstanbuldakı baş konsulluqları şəhərin mərkəzində terror aktları təhlükəsi səbəbindən ziyarətçilərin qəbulunu dayandırdıqlarını bildiriblər. 

"İlk növbədə gərək aydınlaşdırılsın ki, bu terror aktının arxasında hansı qüvvələr dayanır"

"Azərbaycanın Tehrandakı səfirliyinə hücum terror aktı idi".

Operativtv.com Unikal-a istinadən açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Bildiyimiz kimi, artıq terror aktı ilə əlaqədar cinayət işi başlanıb. Hər şey istintaqın necə aparılacağından asılıdır. Azərbaycan tərəfi də cinayət işi açıb. Bildiyim qədərilə, azərbaycanlı müstəntiqlər İran tərəfi ilə əlaqədədirlər.

"Gürcüstan Saakaşviliyə görə tam məsuliyyət daşıyır"

Avropa Parlamentinin bugünkü iclasının gündəliyinə Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti ilə bağlı məsələ daxildir.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki,  bu  barədə "News-Georgia" məlumat yayıb. 

Bildirilir ki,  buna səbəb  keçmiş prezidentin ötən gün məhkəmə iclası zamanı onun nə qədər yorğun olduğunu göstərən videogörüntülərdir. 

İran hərbi obyektlərdəki partlayışları kimin törətdiyini açıqladı

İran Müdafiə Nazirliyi İsfahandakı hərbi obyektə hücuma görə İsrailin məsuliyyət daşıdığını açıqlayıb. 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə fevralın 2-də İranın BMT-dəki daimi nümayəndəsi Amid Səid İrəvani açıqlama verib. 

Agentlik İrəvaninin BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubundan sitat gətirib: “Bu rejimin davranışları beynəlxalq hüququ pozur". 

İsrail Fələstin Muxtariyyətinin 32 milyon dollarlıq vergi gəlirlərini müsadirə edib

 İsrail hökuməti Fələstin Muxtariyyətini “cəzalandırmaq məqsədilə” banklarında olan 32 milyon dollar vergi gəlirlərini müsadirə edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir.

Telekanal bildirib ki, İsrailin maliyyə naziri banklarında Fələstin Muxtariyyətinə məxsus vergi gəlirlərinin müsadirəsi ilə bağlı qərarı imzalayıb.

Aİ İslamafobiya ilə mübarizə üzrə yeni koordinator təyin edib

Avropa İttifaqı İslamafobiya ilə mübarizə üzrə yeni koordinator təyin edib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, Marion Lalisse müsəlmanlara qarşı nifrətlə mübarizə üzrə yeni koordinator təyin olunub.

Lalisse İslamafobiyaya qarşı siyasi reaksiyaları gücləndirmək üçün üzv dövlətlər, Avropa institutları, vətəndaş cəmiyyəti və akademik dairələrlə işləyəcək.

Ombudsman Bəxtiyar Hacıyevi qəbul edib, səhhəti ilə maraqlanıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bəxtiyar Hacıyevi fərdi qaydada qəbul edib, səhhəti ilə maraqlanıb.

Operativtv.com Reporta istinadən bu barədə Ombudsman Aparatından məlumat veirlib.

Bildirilib ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilib.

Pakistanda məsciddəki partlayışla bağlı 23 nəfər həbs edilib

Pakistan hüquq-mühafizə orqanları Peşavar şəhərində məsciddə baş verən partlayışda şübhəli bilinən 23 nəfəri saxlayıb.

Operativtv.com Az.rasthaber.com-a xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Saxlanılan şübhəlilər arasında həm Peşavar sakinləri, həm də Əfqanıstanla sərhəd zonalardan olanlar var.

Müsəlman futbolçu öz mükafatını anasına bağışladı

Müsəlman idmançı təqdirəlayiq bir addım atıb.

Operativtv.com Az.rasthaber.com-a istiandən xəbər verir ki, Mərakeş millisinin müdafiəçisi Əşrəf Həkimi 2022-ci ilin ən yaxşı ərəb idmançısı seçilib və bununla bağlı ona mükafat təqdim edilib.

Məğribli futbolçu mükafatı götürməyə anası ilə birlikdə gedib. Həkimi əldə etdiyi mükafatı dərhal anasına bağışlayıb.