01 February 2023

Azərbaycan Basketbol Liqası: "Sabah" inamlı qələbə qazanıb

Azərbaycan Basketbol Liqasında XVI tura start verilib.

Operativtv.com Reporta istinadən məlumatına görə, açılış oyununda "AAAF Xırdalan" və "Sabah" komandaları üz-üzə gəlib.

"Sərhədçi" İdman Mərkəzində keçirilən görüşdə ikincilər parketdən 82:63 hesablı qələbə ilə ayrılıblar. Ən məhsuldar basketbolçular "AAAF Xırdalan"dan Devin Pullum (22 xal, 4 asist), "Sabah"dan isə Entoni Patti (20 xal, 13 ribaund) olublar.

İraq hökuməti oğurlanmış milyardlarla dollar puldan 80 milyonu ölkəyə geri gətirdiyini bildirib

İraq hökuməti bu gün, çərşənbə "əsrin oğurluğu" adı ilə tanınan, mənimsənilmiş 2,6 milyard ABŞ dolları məbləğində vəsaitdən 80 milyon dollar geri alındığını açıqlayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraqın baş nazirinin ofisinin bəyanatında deyilir.

Hollandiyadan sonra Almaniya da Baş Konsulluğunu bağladı

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Qərb hədəflərinə artan təhdid səbəbiylə Hollandiya və İngiltərədən sonra Beyoğluda yerləşən Almaniyanın İstanbuldakı Baş Konsulluğu təhlükəsizlik səbəbiylə müvəqqəti olaraq bağlanıb. Bu günə planlaşdırılan viza və pasport görüşləri də ləğv edilib. Konsulluğun sosial media hesabındakı paylaşımda "Baş Konsulluğumuz təhlükəsizlik səbəbi ilə bu gün (1 fevral) bağlanacaq. Viza və pasport prosedurları üçün görüşlər ləğv ediləcək. Anlayışınız üçün təşəkkür edirik" mesajı yer alıb.

"Sabah"la matçda "Qəbələ"nin bir futbolçusu meydandan qovulub, digəri cəzalı duruma düşüb

"Qəbələ" evdə "Sabah"a qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XX tur oyununda azlıqda qalıb.

Operativtv.com Reporta istinadən məlumatına görə, "qırmızı-qaralar"ın müdafiəçisi Ruan Renato 28-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

KİV: Türkiyə-Naxçıvan sərhədi açılıb

Türkiyə-Naxçıvan sərhədindəki “Dilucu” buraxılış məntəqəsi açılıb.

Operativtv.com Toplum TV-yə istinadən bu barədə məlumat yayıb. 

Qeyd olunub ki, Türkiyənin Naxçıvandakı Baş Konsulluğu faktı təsdiqləyib.

Konsulluğun nümayəndəsi Dursun Gülün sözlərinə görə, Naxçıvan qeydiyyatında olan şəxslər ayda 2 dəfə olmaqla öz avtomobilləri ilə gömrüyü keçə bilərlər.

Xatırlatma

Azərbaycan və İsrailin müdafiə nazirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

Operativtv.com Turana istinadən xəbər verir ki, fevralın 1-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallantın telefon danışığı olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Qallant mövcud ikitərəfli münasibətlərdən məmnunluğunu ifadə edib.

Öz növbəsində, Həsənov Qallantı İsrailin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək, hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.

İraqın şimalında Türkiyə hərbçilərinin olduğu qərargah raket hücumuna məruz qalıb

 İraqın Nineva əyalətində yerləşən Zlikan hərbi bazasına azı səkkiz raket atılıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraqın şimalında Kürdüstan Regional Hökumətinin Terrorla mübarizə idarəsi məlumat yayıb.

Məlumata görə, Türkiyə Ordusu hərbçilərinin olduğu Zlikan hərbi bazasına azı səkkiz raket atılıb.

Azərbaycan millisinin İsveçlə oyununun biletləri satışa çıxarılıb

2024-cü il Avropa çempionatının seçmə mərhələsinin II turunda keçiriləcək İsveç - Azərbaycan oyununun bilet satışına start verilib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə İsveç Futbol Assosiasiyası məlumat yayıb.

Biletlərin qiyməti sektordan asılı olaraq 150-300 İsveç kronu (təxminən 25-50 manat), xüsusi assosiasiya biletlərinin qiyməti isə 75 krona (12 manat) bərabərdir.

Türkiyə İsveçdə Quranı yandıran Paludanla bağlı istintaqa başlayıb

Ankaranın Baş Prokurorluğu ötən həftə Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Quranı yandırmaqla aksiya keçirən sağçı ekstremist “Sərt Kurs” partiyasının lideri Rasmus Paludana və Haaqada Quran nüsxəsini cıran Niderlandda fəaliyyət göstərən “Vətənpərvər avropalılar Qərbin islamlaşmasına qarşı” (PEGIDA) sağçı ekstremist hərəkatının lideri siyasətçi Edvin Vaqensveldlə bağlı araşdırmalara başlayıb.

Tarif Şurası bəzi dərmanların da qiymətini artırıb

Tarif Şurası 48 dərman vasitəsinin qiymətini təsdiq edib, 31-nin qiymətini artırıb

Toplum TV xəbər verir ki, müvafiq qərar qurumun bu gün, yanvarın 31-də keçirilən iclasında qəbul olunub. 

Bildirilir ki, bu qərar nəticəsində ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 690 təşkil edir.

Alimpaşa Məmmədov: “Bu adamları təyin edəndə demişəm ki…”

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi davam edir. Yanvarın 31-də məhkəmə yenə xeyli sayda şahid dindirib.

İstintaqın gəldiyi nəticəyə görə, Şəmkirdə əhalinin siyahıya alınmasında iştirak etmiş dövlət qurumlarının işçilərinə buna görə pul ödənilib və həmin ödəmələr onlardan toplanaraq Alimpaşa Məmmədova ötürülürmüş.

İmam Cavadın (ə) mövlud günü

Az.shafaqna.com xatırladır ki, bu günlər İmam Cavadın (ə) mövlud günləridir.

*İmam Məhəmməd Təqi (ə) hicri 195-ci ildə Rəcəb ayının 10-da dünyaya Mədinə şəhərində göz açıb. Cəmi 25 il ömrü olan imam Cavad (ə) 17 il müsəlmanlara rəhbərlik edib. Atası imam Riza (ə) Məmun tərəfindən şəhid edildikdə imam Məhəmməd Təqinin (ə) cəmi 8 yaşı olub. Rəvayətlərə görə, kiçik olmasına baxmayaraq, imam Cavad (ə) atası şəhid edildikdən sonra, onu elə həmin gün Xorasanda Məmunun sarayında ziyarət edib.

ABŞ dövlət katibi Yaxın Şərq səfərini heç bir nəticə olmadan başa vurub

ABŞ dövlət katibi Entoni Blinken ötən gün İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra Ramallahda Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasla görüşüb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Blinken bu səfərdə ölkəsinin bölgədə iki dövlətin qurulması prinsipinə sadiq qaldığını deyib.