14 January 2023

MBH-nin 10-a yaxın üzvünə inzibati cəza qərarı verilib

Məlumatı Müsəlman Birliyi Hərəkatının mətbuat xidməti yayıb. Belə ki, katiblik bu gün MBH-nin 10-a yaxın üzvünün Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunduğu bildirilib. Onların hansı səbəbdən çağırılması haqqında dəvətçilərə məlumat verilməyib. İki saat idarədə dindirilən hərəkat üzvlərinin idarəyə çağırılmalarının səbəbinin dünən Müsəlman Birliyi Hərəkatının yaranması ilə bağlı tədbirlə əlaqəli olduğu məlum olub.

Amerika Ukrayna müharibəsində yeganə qalibdir

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban Rusiya və Ukrayna arasında gedən müharibə ilə bağlı deyib ki, bu müharibədə yeganə uduzan Avropa, qalib isə Amerikadır. O, “Avropa İttifaqının Moskvaya qarşı sanksiya siyasətinin yanlış olduğunu etiraf etməyə cəsarəti yoxdur. Bununla belə Macarıstan və Rusiyaya qarşı sanksiyalar nəticəsiz də olsa, qüvvədə qalacaq”.

Türk Dövlətləri Təşkilatı Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarını pisləyib

Operativtv.com SHAFAQNA TURKEY-ə istinadən xəbər verir ki, Türk Dövlətləri Təşkilatı  (TDT) Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, Azərbaycan Qarabağ iqtisadi rayonundakı təbii sərvətlərin Ermənistan və digər cinayətkar ünsürlər tərəfindən qanunsuz istismarından narahatdır.

Pompeo: Əşrəf Qəni də Zelenski kimi qala bilərdi, amma o təyyarəyə minib ölkəsini tərk etdi

 “Zelenskidən fərqli olaraq, Əşrəf Qəni təyyarəyə minərək təhlükəsiz yerə sığındı.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo Çikaqo Universitetində yeni kitabının təqdimatında deyib.

Mitroqlu karyerasını bitirdi

Yunanıstan millisinin sabiq üzvü Konstantinos Mitroqlu futbolçu karyerasını bitirib.

Operativtv.com Unikala istinadən xəbər verir ki, "Aris"dən ayrıldıqdan sonra 34 yaşlı hücumçu iyulun 1-dən klubsuz qalıb. Daha sonra o, Almaniyanın “Rerdt-Şephuizen” həvəskar klubuna keçmişdi.

Qeyd edək ki, Mitroqlu karyerası ərzində PSV, "Qalatasaray", "Benfika", "Marsel", "Fulhem" və "Olimpiakos"da çıxış edib. 

Buzovnada uşaqlarını dini ayinlərə cəlb edənlər haqda araşdırma başladı

Bakıda bir qrup valideyn uşaqları qanunsuz olaraq dini ayinlərin icrasına cəlb edib.

Operativtv.com Unikala istinadən xəbər verir ki, yanvarın 13-də Buzovna qəsəbəsində bir qrup şəxsin yetkinlik yaşına çatmayan övladlarını dini ayinlərin icrasına cəlb etmələri barədə ərazi polis orqanına məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xanım Zəhranın (ə) mövludu münasibətilə gül aksiyası

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Gürcüstanın Marneuli şəhərində Xanım Zəhranın (ə) mövludu münasibətilə gül aksiyası keçirilib.

Xanımlar şəhərdə Xanım Zəhranın (ə) mövludu münasibətilə məlumat verməklə qadınlara gül hədiyyə ediblər.

Aksiya Marneuli İmam Əli (ə) məscidinin təşkilatçılığı ilə baş tutub.

İraq: Səudiyyə Ərəbistanı ilə İran arasında danışıqları başlatmağa çalışırıq

“İraq çalışır yaxın zamanlarda İranla Səudiyyə Ərəbistanı arasında Bağdadda danışıqları bərpa etsin.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd Şiya Sudani Almaniyaya səfəri zamanı bu ölkə mətbuatına açıqlamasında deyib.

Human Rights Watch: Ukrayna münaqişəsi qlobal böhranlar arasındadır

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, Human Rights Watch təşkilatının son illik hesabatında deyilir ki, ötən il Ukraynadan Çinə, Əfqanıstana qədər bütün dünyada insan haqları böhranı ağırlaşıb. Lakin hesabata görə, insan hüquqlarının müdafiəsi üçün liderliyin yeni səsləri ortaya çıxıb.

Dünya Hesabatı 2023 Nyu-Yorkda yerləşən təşkilatın işlədiyi 100-ə yaxın ölkədə insan haqlarının vəziyyətinə nəzər salır.

Türkiyə, Rusiya və İran rəsmiləri Moskvada görüşəcəklər

Türkiyə, Rusiya və İran rəsmiləri fevralın 10-da Moskvada görüşəcəklər.

Operativtv.com Reporta istinadən xəbər verir ki, tərəflər taxılın dünyaya ədalətli paylanması və ərzaq böhranının qarşısının alınması yollarını müzakirə edəcəklər.

İclasda, həmçinin bank-maliyyə, logistika və gömrük sahəsində problemlər haqqında fikir mübadiləsi aparılacaq.

Görüşdə iştirak edəcək rəsmilərin adları açıqlanmayıb.

"Qalatasaray" qələbə qazandı

"Qalatasaray" Türkiyə Super Liqasında növbəti qələbəsini qazanıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi XVIII turda evdə "Hatayspor"u darmadağın edib - 4:0.

Bu qələbədən sonra xallarını 42-yə çatdıran "Qalatasaray" liderliyini möhkəmləndirib. 17 xalı olan "Hatayspor" isə 16-cı pillədə qərarlaşıb.

Əmir Abdullahiyan Seyid Həsən Nəsrullahla görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Beyrutdakı yığıncaqlardan sonra dünən günorta Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb. İclasda İran xarici işlər nazirinin müavini, Qərbi Asiya və Şimali Afrikanın baş direktoru Mehdi Şuştəri, xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş müşaviri Əli Əskər Hacı və İranın Beyrutdakı səfiri Müctəba Əmani də iştirak edib. Əmir Abdullahiyan İranın Livan xalqı, hökuməti, ordusu və müqavimətinə dəstəyinin davam edəcəyini vurğulayıb.

Tehran imamcüməsi Fars körfəzindən danışdı

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Tehran cümə namazı xətibi üç adanın əbədi olaraq İrana aid olduğunu və heç kimin onlara əl uzada bilməyəcəyini vurğulayıb.

Bu həftə Tehranda cümə namazını qılan Ayətullah Seyid Əhməd Hatəmi Fars körfəzi ilə bağlı iddialara toxunaraq deyib: Fars körfəzi köhnə sənədlərdə də bu adla çəkilir. Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları İranın mülküdür və heç kim onlara əl uzata bilməz.

Səbuhi Səlimov aclıq aksiyasına başlayıb

Qarabağ müharibəsi qazisi Səbuhi Səlimov onun barəsində çıxarılan məhkəmə qərarına etiraz əlaməti olaraq aclıq aksiyasıına başlayıb. Sosial media üzərindən yayılan məlumatı təsdiqləyən ailəsi Səbuhi Səlimovun dekabrın 11-dən saxlanıldığı Kürdəxana 1 saylı təcridxanada aclığa başladığını söyləyir. Belə ki, Səbuhi, barəsində apelliyasi şikayəti verdiyi məhkəmə qərarını rədd edir və bunu qanunsuz adlandırır. Barəsindəki qərarın qurama olduğunu söyləyən Səbuhi, qərara yenidən baxılaraq doğru hökm çıxarılmayana qədər aclığı dayandırmayacağını söyləyib.