Buzovnada uşaqlarını dini ayinlərə cəlb edənlər haqda araşdırma başladı

Bakıda bir qrup valideyn uşaqları qanunsuz olaraq dini ayinlərin icrasına cəlb edib.

Operativtv.com Unikala istinadən xəbər verir ki, yanvarın 13-də Buzovna qəsəbəsində bir qrup şəxsin yetkinlik yaşına çatmayan övladlarını dini ayinlərin icrasına cəlb etmələri barədə ərazi polis orqanına məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bildirilib ki, azyaşlıları qanunsuz olaraq dini ayinlərin icrasına cəlb edən şəxslər barəsində qanunauyğun tədbirlər görüləcək. Maraqlı odur ki, məlumatda dini ayinlərin nə olduğu və uşaqların "qanunsuz cəlb edilməsi" deyiləndə nəyin nəzərdə tutulduğu göstərilmir.