Beynəlxalq Atom Agentliyinin baş direktoru: İranla nüvə sazişi çox pis vəziyyətdədir

"İran və dünya gücləri arasında Birgə Hərtərəfli Fəaliyyət Planı (nüvə sazişi) çox pis vəziyyətdədir".

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bunu Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində keçirdiyi görüşdə deyib.

“İranla nüvə sazişinin ölü olub-olmadığını söyləmək çətindir, lakin çox pis vəziyyətdədir”, deyə o bildirib.

O, “İranın nüvə sazişində nəzərdə tutulan hədləri aşdığını və qadağan olunmuş maddələri dəfələrlə pozduğunu” bildirib.

Qrossi əlavə edib ki, “İran uranı silah üçün lazım olan səviyyədə zənginləşdirib və BAEA-nin İranın nüvə fəaliyyətləri ilə bağlı monitorinqi aşağı səviyyədədir və bu, yaxşı yol deyil”.

BAEA-nin baş direktoru gələn ay Tehrana mümkün səfəri zamanı İran İslam Respublikasının yüksək vəzifəli rəsmiləri ilə ölkənin nüvə fəaliyyətini müzakirə edə biləcəyinə ümid etdiyini bildirib.

Qrossi deyib: “İranda 70 kiloqram 60% zənginləşdirilmiş, 1000 kiloqram isə 20% faizlik zənginləşdirilmiş uran var. Onlar bir silah üçün deyil, bir neçə nüvə silahı üçün kifayət qədər nüvə materialı toplayıblar, lakin bu hələ də silahlara sahib olduqları mənasına gəlmir, nüvə silahına çatmaq üçün uzun bir yol var.”