Bağdadda ABŞ-ın logistika karvanı hədəfə alınıb

İraq media mənbələri Bağdadda Amerika anti-İŞİD koalisiyasının logistika karvanının hədəf alındığını bildirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Amerika koalisiyasının logistika karvanı Bağdadın "Əl Yusafiyyə" bölgəsində yol kənarına yerləşdirilən bombanın hədəfi olub.

ABŞ ordusunun bu logistika karvanına dəyən zərərin miqdarı və ya mümkün itkilər barədə ətraflı məlumat hələlik açıqlanmayıb.

Ötən cümə axşamı səhər ABŞ ordusuna məxsus logistika karvanı Bağdad vilayətində Əl-Yusufiyyə şossesi ilə hərəkət edərkən partlayış baş verib.

İki həftə əvvəl Amerika koalisiyasına məxsus logistika və hərbi texnika daşıyan bir neçə yük maşını Əl-Taci bölgəsindən Bağdada gedən yolda yol kənarına qoyulmuş bombanın hədəfi olub.

İraq parlamentinin xarici əsgərlərin ölkədən çıxarılması ilə bağlı təsdiqindən və Bağdadın bu məsələdə gecikməsindən sonra Amerika koalisiyasının lojistik konvoyları həftəlik, bəzən isə gün ərzində bir neçə dəfə yol kənarına quraşdırılan bombalarla hədəfə alınıb.