Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri görüşüb

Fevralın 1-də Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri - Hulusi Akar, Zakir Həsənov və Cuanşer Burçuladze Qarsda görüşüb.

Operativtv.com Amerikanın Səsinə istinadən bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, görüş zamanı hərbi təlim və əməkdaşlıq, regional hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

Nazirlər Akar, Həsənov və Burçuladze fevralın 2-də Türkiyədə keçirilən "Qış təlimi - 2023" beynəlxalq təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edəcək.

Qeyd edək ki, Türkiyə milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan müdafiə naziri Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.

Türkiyə, Gürcüstan, Azərbaycan müdafiə nazirləri bundan öncə 2022-ci il dekabrın 21-də Kayseridə görüşmüşdü.