Azərbaycan Premyer Liqasında XX tur başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

12 xalla 9-cu pillədə qərarlaşan “Sumqayıt” “Kapital Bank Arena”da 17 xalla 6-cı olan “Turan Tovuz”u qəbul edəcək.

Komandalar bunadək ölkə çempionatında 2 dəfə üz-üzə gəliblər. Həmin matçların birində Tovuz klubu qələbə qazanıb, digərində isə heç-heçə qeydə alınıb. Bu qarşılaşmalarda “gənclik şəhəri” təmsilçisi qol vura bilməyib.

Azərbaycan Premyer Liqası

XX tur

30 yanvar

18:00. “Sumqayıt” – “Turan Tovuz”

Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı

VAR: Fərid Hacıyev

AVAR: Kamal Umudlu

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Kapital Bank Arena”.

Qeyd edək ki, turun “Qarabağ” – “Şamaxı” və “Səbail” – “Kəpəz” oyunları yanvarın 31-də, “Qəbələ” – “Sabah” və “Neftçi” – “Zirə” görüşləri isə fevralın 1-də oynanılacaq.