Azərbaycan ordusunun əsgəri özünü güllələyib

Operativtv.com Turana istinadən xəbər verir ki, yanvarın 24-də Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əkram Salahov odlu silahdan atəş açaraq intihar edib.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.

Şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir. Bu barədə  Hərbi Prokurorluğun məlumatında deyilir.