AXCP üzvünə inzibati həbs verildi

Bu gün səhər saatlarında "Azərişıq" ASC-nin Yasamaal rayonu ərazisindəki ofisində saxlanılan AXCP Sabunçu Rayon Şöbəsinin üzvü Elnur Həsəov barəsində Yasamal Rayon Məhkəməsində inzibati həbs qərarı çıxarılıb. Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçən prosesdə Elnur Həsənov İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli hesab olunub. O, 30 sutka inzibati həbslə cəzalandırılıb.
Qeyd edək ki, Elnur Həsənov iki gün əvvəl Azərişıq ASC-nin Sabunçu Rayon Şöbəsi işçiləri tərəfindən imtiyazlı ailələr kateqoriyasına aid 85 yaşlı nənəsinin işığının kəsilməsinə etiraz etmişdi. Bu zaman hakimiyyətin ünvanına sərt sözlər deyərək, onların idarəçiliyini tənqid etmişdi.
Elnur Həsənov özünün sosial şəbəkə hesablarında dünəndən izləndiyini bildirmişdi.
Elnur Həsənov 85 yaşlı nənəsi ilə birgə yaşayırdı. O, həm də şəhid Həsənov Teymur Mahal oğlunun qardaşıdır.
 
Azadlıq Qəzeti.
 
 
 
 
Все реакц