Ata Abdullayevin məhkəmə hökmü qüvvədə saxlanıldı

Ali Məhkəmə bloqer Ata Abdullayev barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb. Hakim İlqar Qılıcovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub. Qərara görə hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan Ata Abdullayev C.M-nin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi də hökmü dəyişdirmədən qüvvədə saxlamışdı.