Bir neçə gün əvvəl Türkiyə prezidenti Ərdoğanın "biz Qarabağa da girdik" ifadəsi İlham Əliyevi özundən çıxarıb.
Bunun çox sadə səbəbi var-İlham Əliyev ən iyrənc üsullarla da olsa qələbəni faktiki öz adına yazmaqda israrlıdır.
"Müzəffər","Dəmir yumruq" söhbətləri İ.Əliyevin birbaşa rəhbərliyi altında aparılan şimalikoreyasayağı iyrənc təbliğatdan başqa bir şey deyil.
Ərdoğanın bəyanatına İlham Əliyev rəsmi dövlət qəzeti vasitəsilə cavab verib.
Heç bir şübhə yoxdur ki,"Azərbaycan" qəzetində ki yazinı İ.Əliyev sanksiyalaşdırıb.
Türkiyənin 44 günlük savaşda Azərbaycana verdiyi dəstəyi açıq şəkildə arxa plana atıb,Əliyevin bu qələbənin yeganə memarı kimi sırımağa çalısmaları fonunda Ərdoğanın bəyanatının rejim başcısını qəzəbləndirməsi bu yazıdan dərhal görünür.
Dövlət mətbuatında belə yazinın getməsi Rusiya və Çin ilə münasibətlərin hədsiz intensivləşdiyi dövrdə baş verməsi heç də təəccublü görünməməlidir.
Etiraf etmək lazımdır ki,daima demokratik seçkilərin keçirildiyi Türkiyə "pis nümunə" kimi bütun seçkilərin ən primitiv üsullarla saxtalaşdırılığı Əliyevə lazım deyil.
Azərbaycandakı rejimə Rusiya,Çin kimi heç bir demokratiyanın olmadığı ölkələr lazımdır.
Qeyd etmək vacibdir ki,Solovyovun verilişində Azərbaycana qarşi təhqirlərdən sonra özlərini kor və kar kimi aparanlar Ərdoğanın bəyanatına tez və Türkiyəyə zərbə vurmaq fürsətini çoxdan gözləyənlər kimi reaksiya verdilər.
AzadlıqQəzeti
AntiƏrdoğan kampaniyası rəsmi dövlət qəzetində