Amerika Ukrayna müharibəsində yeganə qalibdir

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban Rusiya və Ukrayna arasında gedən müharibə ilə bağlı deyib ki, bu müharibədə yeganə uduzan Avropa, qalib isə Amerikadır. O, “Avropa İttifaqının Moskvaya qarşı sanksiya siyasətinin yanlış olduğunu etiraf etməyə cəsarəti yoxdur. Bununla belə Macarıstan və Rusiyaya qarşı sanksiyalar nəticəsiz də olsa, qüvvədə qalacaq”.

Orban daha əvvəl demişdi ki, Avropanın müttəfiqi ABŞ-a görə Rusiya onun enerjisini bloklayıb və enerjiyə görə 5-10 dəfə çox pul ödəməli olub və bu, inflyasiyanı artırıb. Nümunə olaraq 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından bəri Avropa ciddi enerji böhranı ilə üzləşib.