“Alulbeyt” Türkiyə rəsmiləri Bakıya səfər etdilər

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, 29 dekabrda “Alulbeyt” Türkiyənin rəhbəri Onurşan Rəhmani, Ayətullah Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Şəhristaninin xarici əlaqələr üzrə müşaviri Eliəddin Əl-Nəcəf, “Alulbeyt”in İğdır Şöbəsinin sədri Əbəlfəz Koçadağ Azərbaycana səfər ediblər.

Səfər çərçivəsində qonaqlar Bibiheybət ziyarətgahını ziyarət ediblər, həmçinin “Alulbeyt” Azərbaycan ofisində olublar, Qafqaz Müsəlmanlar İdarəsində (QMİ) görüş keçiriblər.

Günün sonunda isə Almaniyanın Köln şəhərində yerləşən “Əhli-Beyt” məscidinin imamı Mirbaqir Ağayevin Bakıdakı evində ruhanilər və dindarlarla görüş keçirilib.

Qonaqların təqdimatından sonra Onurşan Rəhmani Ayətullah Sistaninin bərəkəti nəticəsində yaradılan və fəaliyyət göstərən “Alulbeyt” məzkəzləri və digər fəaliyyət sahələri barədə məlumat verib, Ayətullah Şəhristaninin Azərbaycan müsəlmanlarına salamları çatdırıb, Xanım Zəhranın (ə) şəhadət günləri münasibətilə çıxış edib.

Görüş zamanı qonaqlar azərbaycanlı ruhanilər və dindarlarla tanış edilib.

Sonda isə qonaqlara hədiyyələr təqdim edilib və onlarla xatirə şəkilləri çəkdirilib.