Aİ İslamafobiya ilə mübarizə üzrə yeni koordinator təyin edib

Avropa İttifaqı İslamafobiya ilə mübarizə üzrə yeni koordinator təyin edib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, Marion Lalisse müsəlmanlara qarşı nifrətlə mübarizə üzrə yeni koordinator təyin olunub.

Lalisse İslamafobiyaya qarşı siyasi reaksiyaları gücləndirmək üçün üzv dövlətlər, Avropa institutları, vətəndaş cəmiyyəti və akademik dairələrlə işləyəcək.

Marion Lalisse Şərq və Afrika Tədqiqatları Məktəbini (London Universiteti), Avropa Kollecini və Tuluza Le Mirail Universitetini bitirib. O, Aİ-nin Yəməndəki səfirinin müavini və müvəqqəti işlər vəkili işləyib. Xanım Lalisse, həmçinin Aİ-nin Qana, Mavritaniya, Mərakeş nümayəndəliklərində və Aİ-nin Kipr Türk icmasına Yardım Proqramı çərçivəsində müxtəlif vəzifələrdə çalışıb.