2023-cü ildə Azərbaycan Türkiyəyə qaz nəqlini 19 faiz artıracaq

Operativtv.com Turana istinadən xəbər verir ki,  2023-cü ildə Azərbaycandan Türkiyəyə qaz tədarükü 10 milyard kubmetr olacaq, 2022-ci ildə  bu rəqəm  8,4 milyard kubmetr olub. Bu barədə fevralın 3-də Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Məlumatlı mənbə Turan-a bildirib ki, nəzərdə tutulan həcmdən 3,5-4 milyard kubmetr Bakı-Tbilisi-Ərzurum qaz kəməri və 6,0-6,5 milyard kubmetr TANAP ilə nəql ediləcək.

2023-cü ildə Azərbaycan faktiki olaraq Türkiyənin qaza olan tələbatının 20 faizini ödəyəcək.

Türkiyə boru kəməri qazını Rusiya Federasiyasından, İrandan almağa davam edir və müxtəlif mənbələrdən (ABŞ, Əlcəzair, Qətər və digərləri) maye təbii qaz alır.

Bu ilin yazında Türkiyə Qara dənizdə “Sakarya” yatağından qaz hasilatına (ilk dəfə) başlamağı planlaşdırır ki, bu da ona hər il on milyardlarla dollara başa gələn idxalı azaltmağa imkan verəcək.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov brifinqdə bildirib ki,"ölkələrimiz arasındakı qardaşlıq münasibətlərini nəzərə alaraq gələcəkdə əməkdaşlıq (nəql üzrə) genişlənəcək”.