07 May 2024

İstanbulda FETÖ-yə üzv olan tələbələr saxlanıldı

İstanbul şəhərində FETÖ/PDY terror təşkilatının üzvlərinə qarşı polis əməliyyat keçirib. 

Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən aparılan araşdırmada, onların arasında oxumaq üçün müxtəlif vilayətlərdən İstanbula gələn və terror təşkilatına bağlı ailələrə mənsub olan universitet tələbələrinin olduğu müəyyən edilib.

Hindistanda seçki: BJP-nin müsəlmanları və müxalifəti hədəf alan videoları reaksiyaya səbəb oldu

Hindistanda baş nazir Narendra Modinin partiyası ölkədəki müsəlmanları hədəf alan videolar paylaşıb. Müxalifət Konqresi BJP liderlərinə qarşı polisə şikayət edib.

Seçkilərin davam etdiyi Hindistanda Baş nazir Narendra Modinin Bharatiya Janata Partiyasının (BJP) müxalifət Konqresi və müsəlman icmasını hədəf alan animasiya videoları qəzəb doğurub.

"Builki Hacc ziyarəti İsrail və onun havadarlarından bəraət Haccı olmalıdır!"

İran İslam İnqilabının Rəhbəri Qəzzədə baş verən nəhəng hadisəyə və qaniçən İsrail rejiminin cinayətlərinə toxunaraq, deyib: "Builki Hacc ziyarəti Qurani-Kərimin ayələri və Həzrət İbrahimin (ə) bizə verdiyi təlimə əsasən, hər il olduğundan daha çox müsəlmanların bu cinayətkar düşmənindən və onun havadarlarından bəraət etmək Haccı olmalıdır".

Avropa İttifaqı limanlarını Rusiyanın maye qazı üçün bağlamağı planlaşdırır

Avropa İttifaqı Rusiya maye qazının tranzit daşımalarını, malların Rusiyaya daşınması üçün Avropa limanlarından istifadəni qadağan etməyi və Aİ əməliyyatçılarının sanksiya pozuntularına görə məsuliyyətinin sərtləşdirilməsini müzakirə edir.

Reuters agentliyi ixtiyarında olan sənədə istinadla yazır ki, bunlar Ukraynaya müdaxiləsinə görə Moskvaya qarşı sanksiyaların 14-cü paketinə daxil edilə bilər.

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə etdi

İngiltərənin "Mançester Yunayted" komandası Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib.

"Unikal" xəbər verir ki, "qırmızı şeytanlar" 36-cı turda "Kristal Pelas"a 0:4 hesab ilə uduzmaqla cari mövsümdə 13-cü məğlubiyyətini alıb. Bu da Mançester təmsilçisinin liqadakı ən pis göstəricisidir.

Komanda tarixində indiyədək bir mövsüm ərzində 13 məğlubiyyət yaşamamışdı.

İsrail Rəfah keçid məntəqəsini nəzarətə götürüb

İsrail ordusu Qəzza-Misir sərhədindəki Rəfah keçid məntəqəsini nəzarətə götürüb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şərq hissəsində hədəfli əks-terror əməliyyatına başlayıb", - deyə qey olunub. 

İğdırda tarixi gün: Alulbeyt Mədəniyyət Mərkəzinin açılış mərasimi

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Alulbeyt Iğdır Mədəniyyət Mərkəzi və Quran Kursu binasının açılışı 5 May 2024-cü il bazar günü yerli və xaricdən gələn qonaqların iştirakı ilə baş tutub.

İslam dünyasının böyük təqlid mərcələrindən olan Ayətullah Əl Üzma Seyid Əli Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Şəhristani və onu müşayiət edən nümayəndə heyətinin iştirakı ilə keçirilən açılış mərasiminə bir çox ölkədən qonaqlar iştirak edirdi.

İraqlı deputatlardan çağırış: ABŞ səfiri ölkədən deportasiya edilməlidir

İraq qanunvericiləri ABŞ-ın İraqdakı səfirinin ölkənin cinsibaz münasibətləri və fahişəliyi cinayət hesab edən yeni qanun layihəsi ilə bağlı son açıqlamalarını kəskin şəkildə pisləyib.

İraq parlamenti LGBT-dən sapanların həbs cəzasını nəzərdə tutan yeni hüquqi tənzimləmələri ehtiva edən qanun layihəsini təsdiqləyib. ABŞ Dövlət Departamenti isə reaktiv sürətlə "narahatıq" deyə açıqlama verib.

İsraillilər HƏMAS-ın təsdiq etdiyi atəşkəs təklifini hökumətin imzalaması üçün küçələrə çıxıb

HƏMAS Qəzza zolağında atəşkəs və qarşılıqlı məhbus mübadiləsi razılaşmasını qəbul etdiyini elan etdikdən sonra israillilər Qərbi Qüdsdə hökumətlərindən atəşkəs sazişini imzalamasını tələb edərək etiraz aksiyası keçiriblər.

İsrailli fəallar axşam saatlarında baş nazir Benyamin Netanyahunun Qərbi Qüdsdəki iqamətgahı yaxınlığında toplaşaraq, İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücumuna etiraz ediblər.

Yəməndə ABŞ və İsrail casusluğu uğursuzluğa uğrayıb

Yəmən mənbələri bazar günü gecə sözügedən ölkədə Amerika və İsrailin casusluq əməliyyatlarının uğursuzluğundan xəbər veriblər.

 Yəmənin təhlükəsizlik mənbəsi bu ölkənin kəşfiyyat orqanlarının ABŞ və İsrail rejiminin casusluq əməliyyatlarının qarşısını ala bildiyini bildirib.

Yəmənin təhlükəsizlik qurumları hadisənin təfərrüatlarını elan etməsələr də, bəzi araşdırmalardan sonra mediada bu barədə geniş izah verəcəkləri elan edilib.

HƏMAS Qəzza zolağında atəşkəs təklifini qəbul etdi

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Misir və Qətərin atəşkəs təklifi ilə razılaşdığını açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, HƏMAS mayın 6-da axşam saatlarında bildirib ki, bu hərəkatın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Ali-Sani və Misir Kəşfiyyat İdarəsinin rəhbəri Seyid Abbas Kamil ilə telefon danışığı aparıb.