06 May 2024

Şərqi Azərbaycan vilayətinin valisi Araz Strateji Dəhlizinin icrası və tikintisi prosesi ilə tanış olub

Şərqi Azərbaycan valisi Araz strateji dəhlizinin marşrutunun tikintisinin xalqın və prezidentin tələblərindən biri olduğuna işarə edərək əlavə edib: Yollar və Şəhərsalma Nazirliyinin planlaşdırması ilə bu 107 km-lik marşrutun əhəmiyyətli bir hissəsi ən qısa müddətdə və 13-cü hökumətin sonuna qədər istifadəyə veriləcək.

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarladı

“Neftçi” Azərbaycan Premyer Liqasının 2023-2024-cü illər mövsümündə səfər oyunlarında 23 qol buraxıb.

"Unikal" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu rəqəm XXXIII turun “Qarabağ”la matçından sonra belə yüksək həddə çatıb. Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antirekordunu təkrarlayıb.

“Neftçi”nin ölkə çempionatları tarixində bir mövsümdə ən çox səfər qolu buraxması 2013-2014-cü illər mövsümündə qeydə alınıb. Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.

KİV: İraq Müqaviməti İsrailin hava bazasına PUA ilə hücum edib

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İraq İslami Müqavimət Hərəkatı İsrail Hərbi Hava Qüvvələrinin Eylatdakı bazasına hücum etmək üçün kamikadze pilotsuz uçan aparatdan istifadə edib.

Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə,  PUA İraq ərazisindən buraxılıb. Hərəkat Qəzza zolağında hərbi əməliyyatlar dayandırılana qədər İsrail hədəflərinə hücumları davam etdirəcəyini bildirib.

ABŞ-da Fələstinə dəstək nümayişlərində 2500 nəfər saxlanılıb

ABŞ-da universitetlərdə Fələstinə dəstək nümayişlərində təxminən 2500 nəfərin saxlanıldığı bildirilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Fox News, 18 apreldən bəri şəhərciklərdəki nümayişlərdə saxlanılanların sayının təxminən 2500 nəfər olduğunu açıqlayıb.

Gələn həftə ABŞ-da universitetlərdə keçirilməsi planlaşdırılan buraxılış mərasimlərinə baxmayaraq, Fələstinə dəstək nümayişlərinin davam edəcəyi gözlənilir.

İslam Əməkdaşlıq Təşkilatından Fələstinə dəstək bəyanatı

İslam Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısının yekun bəyannaməsi açıqlanıb. Yayımlanan bəyannamədə işğal altındakı İsrail tərəfindən Fələstinə qarşı soyqırım və insanlığa qarşı cinayətlərin qarşısının alınması üçün tədbirlər görülməsinə qərar verilib. Fələstinlilərin İsrailə qarşı müdafiəsinin təmin edilməsi qərara alınıb.